image-1backend

“İndi dünyada hərbi güc qədər, iqtisadi rıçaqlar da həlledici rol oynayır”- Politoloq

image-ads-728x90

“ABŞ İran savaşı hələ də davam edir. Bu artıq iqtisadi savaşdır. Aydındır ki, müasir beynəlxalq münasibətlərdə hərbi güc qədər, iqtisadi rıçaqlar da həlledici rol oynayır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,bu kontekstdə dörd mühüm sütun diqqət çəkir.

“Trampın yanaşması birbaşa hərbi toqquşmadan deyil, rəqibi daxildən zəiflətməkdən ibarətdir. İranın “nəfəs borusu” sayılan limanların qapadılması ölkəni xarici valyutadan məhrum edir. Məqsəd, iqtisadi çətinliklər vasitəsilə cəmiyyətdə narazılıq dalğası yaradaraq, hakimiyyəti xalqın əli ilə dəyişmək və ya güzəştə məcbur etməkdir. Tramp bu məsələni sadəcə siyasi deyil, həm də şəxsi tarixi missiya kimi görür.”– deyə Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, İranın hərbi ritorikası ilə real imkanları arasında ciddi uçurum yaranıb.

“Ağır itkilərdən sonra İranın dəniz gücü yalnız “partizan taktikası” (kiçik katerlər) səviyyəsinə enib. İsrail və ABŞ aviasiyasının İran səmalarında sərbəst hərəkət etməsi, ölkənin hava hücumundan müdafiə sistemlərinin (məsələn, S-300 və s.) effektivliyini itirdiyini göstərir. Qurudan ticarət cəhdləri 90 milyonluq ölkəni ayaqda tutmaq üçün yetərsizdir. Bu ərəfədə də, dünya enerji bazarında köklü dəyişikliklər baş verir: Birləşmiş Ərəb Əmirliyi kimi mühüm oyunçuların karteldən uzaqlaşması neftin qiymətini tənzimləmə mexanizmini bir neçə ölkənin əlindən alıb bazara qaytarır. Vaşinqton artıq sadəcə istehlakçı deyil, həm də ən böyük ixracatçı kimi qiymətlərə diktə edir.”– deyə Arzuman Muradlı əlavə edib.

Politoloq qeyd edib ki, indiki halda qalib olan Azərbaycan, Türkiyə və Pakistandır.

“Hesab edirəm ki, regionun gələcəyi bu üç dövlətin əməkdaşlığı ilə sıx bağlıdır. Pakistan Qərb və İran arasında mühüm diplomatik körpü rolunu oynayır.

Türkiyə isə regionda sabitliyin və təhlükəsizliyin qarantı kimi mövqeyini qoruyur. Bakı isə artıq sadəcə enerji mənbəyi deyil, həm də qlobal siyasi dialoqların mərkəzidir. Zelenski kimi liderlərin və ərəb dünyasının Bakıya olan marağı Azərbaycanın artan diplomatik çəkisinin sübutudur.”- deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı belə bir qənaətə gəlir ki, İran üçün “zaman daralır”.

“Rəsmi Tehran ya ABŞ-ın ağır şərtlərini qəbul edərək regional ambisiyalarından geri çəkilməli, ya da qarşısıalınmaz bir iqtisadi və siyasi çöküşə hazır olmalıdır. Trampın “maksimum təzyiq” kursu isə regionu tamamilə yeni bir reallığa sürükləyir.”- deyə politoloq bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki