image-1backend

İngiltərədə İslamı və Hz. Məhəmmədi təhqir edən şəxs saxlanıldı

image-ads-728x90

Böyük Britaniyanın Lids (Leeds) şəhərində Fələstinə dəstək məqsədilə keçirilən dinc aksiya zamanı müsəlmanların dini hisslərini təhqir etməyə və kütləvi iğtişaş yaratmağa yönəlmiş ciddi təxribat cəhdinin qarşısı polis tərəfindən alınıb.

Böyük Britaniya mətbuatı və yerli hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatlara, eləcə də hadisə şahidlərinin sosial şəbəkələrdə paylaşdığı videofaktlara əsasən, Lids şəhərinin mərkəzində Fələstin xalqı ilə həmrəylik yürüşü keçirilən əraziyə daxil olan bir şəxs İslam dininə və Hz. Məhəmmədə (s.ə.s.) qarşı nifrət dolu, təhqiramiz ifadələr səsləndirməyə başlayıb. Aksiyanın dinc iştirakçılarını açıq şəkildə provokasiyaya çəkməyə və qarşıdurma yaratmağa çalışan həmin şəxs ətrafdakıların kəskin etirazı ilə üzləşib. Ərazidə asayişi qoruyan Qərbi Yorkşir (West Yorkshire) polis əməkdaşları vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün dərhal müdaxilə ediblər. İctimai asayişi pozmaqda və nifrət zəminində təxribat törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən qandallanaraq hadisə yerində həbs olunub və bölməyə aparılıb. Qərbi Yorkşir polis idarəsi faktla bağlı araşdırmalara başlanıldığını və nifrət cinayətlərinə qarşı qanun çərçivəsində sərt tədbirlərin görüləcəyini bəyan edib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki