image-1backend

İrakli Kobaxidze: “Ukraynanı yemə çevirdilər, eyni cəhd Gürcüstana qarşı da olub”  

image-ads-728x90

“Müəyyən xarici qüvvələr Ukraynanı top yeminə çevirdilər və eyni ssenari Gürcüstan üçün də nəzərdə tutulurdu”.

Korrekt.az  xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze Vatikan səfəri zamanı jurnalistlərə müsahibəsində qeyd edib.

Kobaxidze bildirib ki, ölkənin sülh və sabitliyinin qorunması üçün mübarizə bu gün də davam etdirilməlidir:

“Ukraynaya və Ukrayna xalqına qarşı nümayiş etdirilən münasibət son dərəcə narahatedicidir. Görürdük ki, müəyyən qüvvələr Ukraynanı top yeminə çevirdilər. Gürcüstana qarşı da belə cəhd var idi, lakin bizim prinsipal mövqeyimiz sayəsində bu mənfi ssenarinin qarşısını aldıq. Bu, son dərəcə çətin idi və böyük səylər tələb edirdi.”

Kobaxidze Ukraynada baş verən müharibənin ağır humanitar və iqtisadi nəticələrinə də diqqət çəkib:

“İnsan tələfatı, iqtisadi və infrastruktur dağıntıları kifayət qədər böyükdür. Ölkəni məhv olmaq həddinə gətirdilər, inqilab həyata keçirdilər və sonrakı proseslərə görə heç kim məsuliyyət daşımadı. Bu, faciəvidir.”

Baş nazir vurğulayıb ki, Gürcüstan bu ssenaridən yayınmağı bacarsa da, hələ də ehtiyatlı olmalı və ölkənin sülhünü qorumaq üçün mübarizəni davam etdirməlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki