Korrekt.az xəbər verir ki, İran İnqilabının Keşikçiləri Korpusunun Donanması 4-5 dekabr tarixlərində Fars körfəzində təlimlərə başlamaqla ABŞ Hərbi Dəniz Qüvvələrinə xəbərdarlıq edib.
“Təlimlər zamanı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bölmələri ABŞ gəmilərinə güclü xəbərdarlıq mesajı göndərib”, – SEPAH-ın bəyanatında deyilir.
Təlimlər zamanı Hərbi Dəniz Qüvvələri daxili müdafiə sistemlərindən istifadə etməklə elektron müharibə aparıb.
İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, bu sistemlər süni intellekt texnologiyasından istifadə edərək hava və dəniz hədəflərini effektiv şəkildə aşkar edərək vura bilib.





















