image-1backend

 “İran–ABŞ savaşının qalibi İrandır” – Politoloq

image-ads-728x90

“12 günlük İran–ABŞ qarşıdurması regionda mövcud olan bir sıra geosiyasi balansların dəyişməsinə səbəb olub. Müharibədən sonra İran müəyyən mənada öz mövqeyini gücləndirməyi bacarıb.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, bunu son günlər Cenevrədə keçirilən danışıqlarda da müşahidə etmək mümkündür.

“İran qarşıdurmanın ilk günlərində faktiki olaraq hava məkanının böyük hissəsində üstünlüyü ABŞ və İsrail qüvvələrinə vermişdi. Hava zərbələri ölkəyə ciddi ziyan vursa da, ABŞ və İsrail qarşıya qoyduqları hədəflərə tam şəkildə nail ola bilmədilər. Quru əməliyyatının keçirilməsi ABŞ üçün olduqca çətin və riskli görünürdü. Buna görə də Vaşinqton müharibəni uzatmaq qərarına gəlmədi. Eyni zamanda ABŞ rəhbərliyi anlayırdı ki, münaqişə uzandıqca İranın beynəlxalq dəstəyi də arta bilər. Qarşıdurmanın ilk günlərindən etibarən Çin və Rusiyanın İrana müəyyən dəstək verdiyi barədə fikirlər səslənirdi. Bütün bunları nəzərə aldıqda, mövcud vəziyyətdə bu qarşıdurmanın əsas siyasi qazanan tərəfinin İran olduğunu söyləmək olar. Artıq ABŞ-da da bunu müəyyən mənada dərk edirlər”, – deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, İran münaqişə dövründə Hörmüz boğazı amilindən də effektiv şəkildə istifadə edib.

“İran Hörmüz boğazı kartını maksimum dərəcədə gündəmdə saxlayaraq həm enerji bazarlarına, həm də beynəlxalq siyasətə təsir göstərə bildi. Bu faktor Vaşinqtonun hesablamalarında mühüm rol oynadı və nəticədə ABŞ-ın daha genişmiqyaslı hərbi əməliyyatlara getməməsinə təsir edən amillərdən biri oldu”, – deyə o vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki