image-media-1-9ymkfpe6gxta281bzircbackend

İran bu cür təzyiqlər qarşısında geri çəkilməyəcək -Politoloq

image-ads-728x90

” Yaxın Şərqdə baş verən son hadisələr regionu yenidən genişmiqyaslı qarşıdurma riskinin mərkəzinə çevirib.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, ABŞ İranı sülh danışıqlarına məcbur etməyə çalışsa da, hələlik bu istiqamətdə istədiyi nəticəni əldə edə bilmir.

“Region yenidən savaş meydanına çevrilib. ABŞ İranı sülhə məcbur etməyə çalışsa da, buna nail ola bilmir. Burada əsas amillərdən biri İranın əlində olan resurslar və geosiyasi imkanlardır”, – deyə politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, İranın strateji üstünlüklərindən biri də dünyanın ən mühüm enerji və ticarət marşrutlarından hesab olunan Hörmüz boğazına nəzarət etməsidir.

“Reallıq budur ki, İran dünyanın əsas arteriyalarından birinə nəzarət edir. Bu, Hörmüz boğazıdır. Boğazdan keçən yüklərin və enerji resurslarının əhəmiyyətli hissəsi qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır. Məsələn, buradan daşınan məhsulların böyük hissəsi Çinlə bağlıdır. ABŞ isə İran və Çinin dünya bazarlarına təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Lakin bu, hazırkı şəraitdə kifayət qədər çətin görünür”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, ABŞ-ın İrana qarşı son hərbi addımları daha çox təzyiq və xəbərdarlıq xarakteri daşıyır.

“Bu gecə İran ərazisinə endirilən zərbələr də Tehrana yönəlmiş növbəti təhdid mesajı kimi qiymətləndirilə bilər. Ancaq hesab edirəm ki, İran bu cür təzyiqlər qarşısında geri çəkilməyəcək. Tehran öz maraqlarına uyğun hesab etmədiyi hər hansı sülh sazişini imzalamağa və ya razılaşmaya getməyə tələsməyəcək”, – deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki