image-1backend

İran bundan imtina etdi – Fars agentliyi

image-ads-728x90

İranın vasitəçilər vasitəsilə ABŞ-a çatdırılan təklifləri onun uran zənginləşdirmə proqramının 15 illik dayandırılmasını əhatə etmir.

Korrekt.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın cavab paketində Vaşinqtonla yekun razılaşma əldə olunana qədər Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açılması ilə bağlı bənd də yoxdur.

Agentliyin məlumatına görə, İran tərəfi doqquz bəndlik Amerika təşəbbüsünə cavab olaraq 14 bəndlik təklif hazırlayıb.

Fars agentliyi vurğulayıb ki, Tehran danışıqların sonuna qədər uran zənginləşdirilməsinin uzunmüddətli dondurulmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan şərtləri qəbul etməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki