image-1backend

İran-Ermənistan birgə enerji layihəsi dalana dirənib  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, “Eghtesad-e-moaser” saytı yazıb ki, İran və Ermənistan arasında Araz çayı üzərində birgə elektrik stansiyasının tikintisinə dair 2006-cı ildə imzalanan saziş 18 ildən çoxdur ki, icra olunmur. Layihə Meğri (Ermənistan) və Qaraçılar (İran) adlı iki su elektrik stansiyasının tikintisini nəzərdə tutsa da, ratifikasiya prosesi illərlə uzanıb və bu günədək tikintiyə başlanılmayıb.

2018-ci ildə təsdiqlənərək Energetika Nazirliyinə göndərilən sənədə baxmayaraq, layihə üzrə real addımların atılmaması Ermənistan tərəfinin alternativ tərəfdaşlara – ABŞ və Avropaya – üz tutması ehtimalını artırır. Mütəxəssislərə görə, mövcud vəziyyət İranın əməkdaşlığa ciddi yanaşmaması təəssüratını yaradır.

Layihənin gerçəkləşməsi İran üçün əhəmiyyətli enerji üstünlükləri vəd edir. Hər biri 150 meqavat gücündə olması nəzərdə tutulan, ümumi dəyəri 350 milyon dollardan az olan bu stansiyalar fasiləsiz işləyə bilər.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki