image-1backend

İran Ermənistana qaz ixracını bərpa edir

image-ads-728x90

Ermənistana İrandan mayeləşdirilmiş qaz idxalı məsələsi həll olunub və yaxın günlərdə İran qazının ölkəyə tədarükünə başlanacaq.

Korrekt.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, mayın əvvəlində Ermənistana daxil olan mayeləşdirilmiş qaz həcmi az olduğundan bazarda problemlər yaranıb.

“Planımız Ermənistanı minimal həcmdə mayeləşdirilmiş qazla təmin etmək idi və hazırda bu təmin olunub. Ermənistanın hər yerində mayeləşdirilmiş qaz var”, – deyə Papoyan bildirib.

Onun sözlərinə görə, İran İqtisadiyyat Nazirliyinin attaşesi ona qazın ixracı ilə bağlı məsələnin həll olunduğunu bildirib. Bu isə yaxın günlərdə İran qazının Ermənistana çatdırılacağı anlamına gəlir.

Nazir əlavə edib ki, Rusiyadan qaz tədarükü hazırda fasiləsiz davam edir. Lakin Rusiyada qiymət artımı Ermənistan bazarına da təsir göstərib.

Məlumata görə, Ermənistanda mayeləşdirilmiş qazın qiyməti bir ay əvvəl 170-180 dram olduğu halda, aprelin ortalarından etibarən 280-300 drama qədər yüksəlib.

Qeyd edilir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehran qaz ixracını dayandırmış, eyni zamanda Rusiyadan Ermənistana daşınmada istifadə olunan “Yuxarı Lars” keçid məntəqəsində problemlər yaranmışdı. Bu səbəbdən Ermənistan bazarında qaz qıtlığı müşahidə olunurdu.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki