Bu gün səhər saatlarında İran ordusu İraqın Kürdüstan bölgəsində fəaliyyət göstərən kürd müxalif qruplarının hərbi obyektləri və düşərgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Korrekt.az xəbər verir ki, hücumlardan sonra bölgədə güclü partlayışların baş verdiyi bildirilir. Hadisə ilə bağlı itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.





















