image-img_20251129_214545backend

İran ordusunun komandanı: “Düşmənə sarsıdıcı cavab verməyə hazırıq” 

image-ads-728x90

Korrekt.az xəbər verir ki, bu gün İran Ordusunun baş komandanı general Əmir Hatəmi bildirib ki, ordu düşmənə sarsıdıcı cavab verməyə hazırdır.

Onun sözlərinə görə, dənizdəki əsas proqramlar arasında qabaqcıl gəmilərin düzəldilməsi, dəniz infrastrukturunun inkişaf etdirilməsi və açıq sularda fəaliyyət qabiliyyətinin artırılması yer alır.

General vurğulayıb ki, İranın hərbi gücü həm ölkənin, həm də bölgənin təhlükəsizliyini təmin edən əsas amildir. Onun fikrincə, region xalqlarına sülh və təhlükəsizlik mesajları verməyə xüsusi ehtiyac yoxdur və təhdidləri fürsətlərə çevirmək “şüar deyil, bacarıq prosesidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki