image-1backend

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi :“Bu yardımı dayandırın…”

image-ads-728x90

Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi Fars körfəzi ölkələrinə ABŞ ilə hərbi əməkdaşlıqla bağlı sərt xəbərdarlıq edib.

Korrekt.az xəbər verir ki, Abdullahi “X” hesabındakı paylaşımında Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyatlarda ABŞ qüvvələrinə hər hansı formada yardım göstərməməyə çağırıb.

O bildirib ki, ABŞ-nin öz ərazilərindən İrana qarşı istifadə etməsinə rəsmi icazə vermədiyini bildirən ölkələr də vəziyyətin Tehran tərəfindən diqqətlə izlənildiyini nəzərə almalıdır.

İran rəsmisi bölgədəki ABŞ hərbi bazalarında, xüsusilə yanacaqdaşıyan tanker təyyarələrinin yerləşdirilməsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu qədər sayda hərbi təyyarənin ev sahibi ölkələrin məlumatı olmadan həmin bazalarda yerləşdirilməsi mümkün deyil.

Abdullahi əlavə edib ki, ABŞ ordusuna göstərilən istənilən yardım hərbi əməliyyatlarda iştirak kimi dəyərləndiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki