image-1backend

İran Təbrizdən İrəvana uçuşları bərpa edir

image-ads-728x90

İranın Təbriz şəhərindən Ermənistanın paytaxtı İrəvana aviareyslər bərpa olunacaq.

Korrekt.az xəbər verir ki, Şərqi Azərbaycan Vilayətinin Hava Limanlarının baş direktoru Məhəmməd Əli Nail Karamaleki Təbriz–Yerevan marşrutu üzrə uçuşların yenidən həyata keçiriləcəyini açıqlayıb.

O, “Aftab News”a açıqlamasında bildirib ki, reyslər Poya Airlines tərəfindən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Karamalekinin sözlərinə görə, Təbriz hava limanından İrəvana ilk uçuşun cümə axşamı həyata keçirilməsi planlaşdırılır.

Beləliklə, yeni qrafik üzrə Təbriz və İrəvan arasında həftədə iki birbaşa aviareys həyata keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki