İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik dəhlizlərinin coğrafi koordinatları ilə bağlı razılığa gəlib.
Korrekt.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran və Məsqət arasında aparılan məsləhətləşmələr uğurla nəticələnib.
Onun sözlərinə görə, tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçilik üçün nəzərdə tutulan dəhlizlərin coğrafi koordinatlarını razılaşdırıblar.
Bəqayi qeyd edib ki, İran və Oman əldə olunan razılaşma barədə səlahiyyətli beynəlxalq quruma məlumat verilməsi proseduru ilə bağlı da qarşılıqlı anlaşmaya nail olublar.
“Tezliklə səlahiyyətli beynəlxalq qurum İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı əldə olunan razılaşma barədə məlumatlandırılacaq”, – deyə İran XİN sözçüsü bildirib.





















