Bu gün İran Xarici İşlər Nazirliyi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini terror aktı kimi dəyərləndirib.
Korrekt.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, Tehran bu hadisə ilə bağlı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır. İran tərəfi BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumları qətldə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə dəvət edib.
Açıqlamada vurğulanıb: “Bu cür terror hücumları nəinki İran xalqının təhlükəsizlik və milli maraqları qorumaq iradəsini sarsıdacaq, həm də, xalqın və rəsmilərin vətəni müdafiə etmək əzmini daha da artıracaq”.





















