image-bez-nazvaniyabackend

İran XİN rəhbəri: “Biz müharibəyə də, sülhə də tam hazırıq” 

image-ads-728x90

İranın xarici işlər naziri Abbas Əraqçı “India Today” kanalına müsahibəsində deyib ki, ölkəsi həm nüvə danışıqlarında sülh, həm də mümkün müharibə variantına tam hazırdır.

Korrekt.az xəbər verir ki, o qeyd edib ki, keçmiş danışıqlarda irəliləyişlər əldə olunub və müəyyən anlaşma əldə edilib.
Əraqçı ümid edir ki, həmin anlaşmaya əsaslanaraq yekun razılaşmanı imzalamaq mümkündür.

Nazirin sözlərinə görə, ədalətli, balanslı və vicdanlı razılaşma əldə etmək mümkündür və İran bunu reallaşdıra bilər.

Əraqçı həm də ölkəsinin raketləri ilə bağlı suala belə cavab verib: “Biz raketlərimizin mənzilini bilərəkdən 2000 kilometrə qədər məhdudlaşdırmışıq.
Bu, yalnız öz müdafiəmiz üçündür.
Raketlərimiz müdafiə xarakterlidir; onlar yalnız çəkindirmə və özümüzü müdafiə etməyimizə kömək etmək üçün hazırlanıb”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki