image-media-1-3x5neipm7ha41cktsv0jbackend

“İranın qorxuya düşməsinin səbəbi budur”- Politoloq

image-ads-728x90

“İran “Tramp marşrutu” kimi təqdim olunan layihənin icrasından ciddi narahatlıq keçirir.  Tehranın son addımları da məhz bu narahatlığın göstəricisidir.”- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

“İran “Tramp marşrutu” layihəsinin icrasından təşvişə düşüb. Məhz buna görədir ki, İran ermənilərlə birgə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı tədbiri məhz həmin ərazidə keçirir”, – deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, İranda mühafizəkar qanadın hazırkı siyasi kursu Zəngəzurdan keçməsi nəzərdə tutulan layihənin reallaşması baxımından müəyyən risklər yarada bilər.

Politoloq qeyd edib ki, hazırda ABŞ ilə İran arasında hərbi qarşıdurma yenidən davam edir və bu gərginlik regiondakı geosiyasi proseslərə də təsir göstərir. Onun fikrincə, İran Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını, enerji infrastrukturunu və ABŞ şirkətlərini hədəfə almaqla Vaşinqtona təzyiq göstərməyə çalışır.

Arzuman Muradlı hesab edir ki, belə bir şəraitdə ABŞ-nin dəstəklədiyi və ya maraq göstərdiyi nəqliyyat layihələrinin, o cümlədən Zəngəzur istiqamətində həyata keçirilən təşəbbüslərin irəliləməsi Tehranın narahatlığını daha da artıra bilər. Onun sözlərinə görə, ABŞ–İran qarşıdurmasının dərinləşməsi fonunda İranın həmin layihəyə qarşı müxtəlif təxribat xarakterli addımlar atmaq ehtimalı istisna olunmur.

Politoloq sonda vurğulayıb ki, regionda davam edən geosiyasi gərginlik fonunda Zəngəzur istiqamətində reallaşdırılması planlaşdırılan iri infrastruktur layihələrinin təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində saxlanılmalıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki