Bu il İraqda keçirilən Ərbəin mərasimləri zamanı beş İran hərbçisi həlak olub.
Korrekt.az xəbər verir ki, bu barədə İran daxili işlər nazirinin müavini Əliəkbər Purcəmşidian məlumat verib.
Onun sözlərinə görə, həlak olan hərbçilər Ərbəin mərasimləri çərçivəsində İrana səfər edən zəvvarların təhlükəsizliyinin təmin olunması zamanı həyatlarını itiriblər.
Purcəmşidian hadisənin başvermə şəraiti, hərbçilərin ölüm səbəbləri və digər təfərrüatlar barədə məlumat verməyib.
Bildirilib ki, hadisə zamanı bir neçə İran hərbçisi və İran vətəndaşı da yaralanıb. Onların, eləcə də həlak olan hərbçilərin şəxsiyyəti barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, İran rəsmisinin bu açıqlaması Ərbəin mərasimlərinin keçirilməsindən təxminən iki ay sonra verilib. Bu, İraqda mərasimlər zamanı İran hərbçilərinin həlak olması ilə bağlı ilk rəsmi məlumatdır.




















