image-img-20260823-wa0037backend

İş yerində “dəliyə çevrilən” insanlar

image-ads-728x90

İş yeri günümüzün çox hissəsini keçirdiyimiz məkanlardan biridir. İş yerində işlərimizi yerinə yetirir,özümüzü inkişaf etdirməyə çalışırıq. Burada təkcə maddi gəlir əldə etmirik. Eyni zamanda yeni insanlarla ünsiyyət qurub,tanış oluruq. Lakin bəzən iş yerində baş verən hadisələr insanlarda psixoloji gərginliyə səbəb olur.

Psixoloji təzyiq dedikdə birinə yalnız fiziki şiddət göstərmək, təhqir etmək nəzərdə tutulmur.İşçini kollektivdən təcrid etmək, onun əməyini kiçiltməyə çalışmaq,sirlərini yaymaq, ona qarşı kobud rəftar etmək,haqsız yerə günahlandırmaq, daim qorxu içində saxlamaq psixoloji təzyiq sayılır.

Zaman keçdikcə bəzi işçilər psixoloji təzyiqə məruz qalmağı qəbul edir və heç bir günahı olmadığı halda özünü günahlandırmağa başlayır.

Nəticədə isə işçinin özgüvəni azalmağa başlayır. Zaman keçdikcə işçi öz işinə həvəssiz şəkildə yanaşmağa başlayır. Biz iş yerlərində kollektiv arasında yaranan münaqişələrə çox rast gəlirik.Bir işçiyə qarşı digər bir işçinin(işçilərin)kobud rəftar etməsi,onu təhqir etməsi, işdən təcrid etməyə çalışması, kollektivdən uzaqlaşdırması,onun haqqında arxasınca danışması, şayiələr yayması da psixoloji təzyiq sayılır. Bu durum daha çox psixoloji təzyiqə məruz qalan işçinin özünümüdafiə qabiliyyətinin zəif olmasından irəli gəlir.

Bəs belə durumlarda psixoloji təzyiqə məruz qalan işçi nə etməlidir?

Birinci növbədə həmin işçi psixoloji təzyiqə məruz qalması ilə bağlı sübutları özündə saxlamalıdır.

İkinci növbədə isə işçi psixoloji təzyiqə məruz qalmasını rəhbərliyə və ya aidiyyəti qurumlara söyləməlidir. Maaşın yüksək olması hər şeyin qaydada olması demək deyil. Kollektiv hər zaman bir-birini dinləməli, anlamalı,bir-birinə hörmətlə yanaşmalıdır. Əsasən də saf, özünümüdafiə qabiliyyəti zəif olan işçininin əməyini alçaltmaq olmaz. İşçiyə hörmətlə yanaşıldığı halda həmin işçinin özgüvəni artır və işinə həvəslə yanaşır. Nəticədə keyfiyyətli bir iş ərsəyə gəlir. Bir insanın susması onun incidilmədiyi anlamını daşımır. Bəzən kənardan sakit görünən bir əməkdaşın daxilində uzun müddətdir davam edən mübarizə gedir. Məhz buna görə də hər bir iş yerində əməkdaşlara psixoloqlar tərəfindən psixoloji dəstək göstərilməlidir. Çünki sağlam kollektivin əsasında yalnız iş deyil, insan dayanır.

Könül Mürsəliyeva



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki