İsrailin “Israel Hayom” nəşri, Azərbaycanının Qəzzanın sabitləşdirilməsi və HƏMAS-ın tərksilahı məqsədi ilə nəzərdə tutulan beynəlxalq missiyaya qoşulmaqdan imtina etdiyini yazıb.
Korrekt.az xəbər verir ki, nəşrin iddiasına görə, bu addım Tramp administrasiyasının çoxmillətli qüvvə yaratmaq planını çətinləşdirir, çünki indiyə qədər heç bir ölkə öz əsgərlərini Qəzzaya göndərməyə razı olmayıb.
Mənbə bildirir ki, Azərbaycan beynəlxalq tərəfdaşlarına öz hərbçilərini riskə atmaq niyyətində olmadığını və Qəzzaya qoşun göndərməyi planlaşdırmadığını bildirib.
İsrail qəzetinə əsasən, bir sıra ərəb ölkələri də HƏMAS ilə hərbi qarşıdurma riskini göz önünə alaraq ABŞ-nin əməkdaşlıq təklifini rədd ediblər.





















