image-1backend

İstanbul Hava Limanında yeni rekord: 1739 uçuş və 290 min sərnişin

image-ads-728x90

İstanbul Hava Limanı gündəlik uçuş və sərnişin sayında yeni rekorda imza atıb.

Korrekt.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, avqustun 16-da İstanbul Hava Limanında 1739 uçuş həyata keçirilib və 290 min 287 sərnişinə xidmət göstərilib.

Nazirin sözlərinə görə, bu göstəricilər Türkiyə və Avropada hava limanının bütün zamanlar üzrə ən yüksək gündəlik uçuş və sərnişin sayı olub.

Uraloğlu İstanbul Hava Limanının beynəlxalq aviasiyada strateji əhəmiyyətinin getdikcə artdığını vurğulayıb.

“İstanbul Hava Limanı yüksək tutumu, güclü infrastrukturu və xidmət keyfiyyəti ilə dünyanın aparıcı hava limanları sırasında yer alır. Bu yeni rekordlar hava limanımızın qlobal tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirdiyini bir daha nümayiş etdirir”, – nazir qeyd edib.

Beləliklə, İstanbul Hava Limanı aviasiya sektorunda həm uçuşların, həm də sərnişin axınının həcminə görə yeni tarixi göstəriciyə çatıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki