image-1backend

“İtaliya Azərbaycanın Avropa məkanında ən böyük ticarət tərəfdaşlarından biridir”- Politoloq

image-ads-728x90

“İtaliya–Azərbaycan münasibətlərinin tarixi kökləri kifayət qədər dərindir və bu əlaqələr illər ərzində ardıcıl şəkildə inkişaf edib. İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana  səfəri isə bu münasibətlərin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşməsinə təkan verir.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, hazırda İtaliya Azərbaycanın Avropa məkanında ən böyük ticarət tərəfdaşlarından biri deyil, birincisidir.

“Enerji sahəsində xüsusilə mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə əldə olunan nailiyyətlər iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinin göstəricisidir. “– deyə politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan qazının Avropaya nəqlində İtaliyanın rolu olduqca önəmlidir və bu, tərəflər arasında qarşılıqlı etimadı daha da gücləndirir.

“İtaliya hər zaman Azərbaycanın yanında olub və bu dəstək təkcə iqtisadi sahə ilə məhdudlaşmayıb. Siyasi və diplomatik müstəvidə də iki ölkə arasında qarşılıqlı anlayış və əməkdaşlıq mövcuddur. Bu münasibətlərin daha da genişlənməsi həm Azərbaycana, həm də İtaliyaya əlavə iqtisadi üstünlüklər və yeni imkanlar vəd edir”, – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Meloninin səfəri çərçivəsində yalnız enerji deyil, həm də qeyri-neft sektoru, investisiya, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Bu isə münasibətlərin daha balanslı və dayanıqlı inkişafına zəmin yaradacaq.

Arzuman Muradlının fikrincə, mövcud siyasi dialoq və iqtisadi əlaqələrin səviyyəsi göstərir ki, Azərbaycan–İtaliya münasibətləri gələcəkdə daha da dərinləşəcək və tərəflər üçün strateji əhəmiyyətini qoruyub saxlayacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki