Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin biznes ortaqlarından biri Rusiya Liberal Demokrat Partiyasının keçmiş sədri Vladimir Jirinovskinin qardaşı oğlu Andrey Jirinovskdir.
Korrekt.az xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında yazıb.
“Ət və balıq, o cümlədən xərçəng və molyusk kimi dəniz məhsullarının satışı ilə məşğul olan “ÇE KORPORASİYASI” MMC (ООО “КОРПОРАЦИЯ ЧЕ”) Andrey Aleksandroviç Jirinovskiyə məxsus olub və Əbülfəs Qarayev hazırda bu şirkətdə 50 faizlik hissəyə sahibdir.
Rəsmi maliyyə hesabatlarına görə şirkət 2024-cü ildə 147 milyon rubl məbləğində gəlir əldə edib.”– Cavanşir Həsənli yazıb.





















