Ukrayna münaqişəsinin həlli prosesi yaxınlaşsa da, hələ də bəzi əsas məsələlərdə razılıq əldə olunmayıb. Korrekt.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq Kaliforniyada keçirilən Ronald Reyqan Fondunun müdafiə forumunda çıxış edib.
Kelloq bildirib ki, Zaporojye Atom Elektrik Stansiyası (AES) və Donetsk vilayətinin ərazisi hələ də iki mübahisəli məsələyə çevrilib. O, bu məsələlərin həllinə ümidlə yanaşdığını və yaxın gələcəkdə razılığa gələcəyini qeyd edib: “Düşünürəm ki, biz bu iki məsələni həll edəcəyik. Qalan məsələlər çox yaxşı təşkil olunub”, – deyə ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib.
Eyni zamanda, Kelloq, ABŞ-ın Ukraynaya öz ordusunu göndərmək niyyətində olmadığını da vurğulayıb. O, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini, lakin hərbi müdaxiləyə getməyəcəyini açıqlayıb.





















