image-0c87eece-b7e7-406d-acdf-24899b0312f1backend

Kişi və qadınların birlikdə rəqs etdiyi  restoranlar  bağlandı

image-ads-728x90

İranın Xuzistan əyalətinin Dezful şəhərində kişi və qadınların birlikdə rəqs etdiyi görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra iki restoranın fəaliyyəti dayandırılıb.

Korrekt.az xəbər verir ki, ISNA-nın məlumatına görə, şəhər kənarında yerləşən restoranlar məhkəmə qərarı ilə möhürlənib.

Restoranların bağlanmasına sosial mediada həmin müəssisələrdə kişi və qadınların birlikdə rəqs etdiyini əks etdirən videoların, eləcə də səlahiyyətli qurumların “uyğunsuz” hesab etdiyi reklam materiallarının yayılması səbəb olub.

Məlumata görə, hər iki restoranın sahibi və idarəçiləri barəsində hüquqi proses başladılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki