image-1backend

“Trabzonspor” tarix yazdı: Tomas Rays əcnəbi məşqçilər arasında rekorda imza atdı

image-ads-728x90

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi Tomas Raysın rəhbərliyi altında Super Liqada tarixi uğura imza atıb.

Korrekt.az xəbər verir ki, almaniyalı mütəxəssisin rəhbərliyi ilə komanda çempionatın son 7 qarşılaşmasının hamısında qələbə qazanaraq klub tarixində əcnəbi baş məşqçi ilə ən uzun qələbə seriyasını gerçəkləşdirib.

Bu nəticə ilə Rays 1991-1992-ci illər mövsümündə “Trabzonspor”a rəhbərlik edən Urbain Braemsin 6 matçlıq rekordunu geridə qoyub.

Komandanın uğurlu seriyası “Qalatasaray” üzərində qazanılan qələbə ilə başlayıb. Daha sonra “Samsunspor”, “Beşiktaş”, “Çaykur Rizespor”, “Qaziantep” və “Alanyaspor” üzərində qələbə qazanan Trabzon təmsilçisi milli fasilədən sonra “Eyüpspor”u da məğlub edərək ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib.

Bu nəticə “Trabzonspor”un çempionluq mübarizəsindəki iddiasını da gücləndirib.

Diqqətçəkən digər məqam isə komandanın müdafiə performansıdır. 52 yaşlı Tomas Raysın rəhbərliyi altında “Trabzonspor” son 7 oyunun 6-da qapısının toxunulmazlığını qoruyub.

Beləliklə, almaniyalı mütəxəssis klubun tarixinə düşərək əcnəbi baş məşqçilər arasında yeni rekorda imza atıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki