image-1backend

Ermənistanın yeni Konstitusiya layihəsində müstəqillikdən imtinanı təbliğ edən partiyaların qadağan olunması nəzərdə tutulur

image-ads-728x90

Ermənistanın yeni Konstitusiya layihəsinə ölkənin müstəqilliyindən imtinanı təbliğ edən siyasi partiyaların fəaliyyətinin qadağan edilməsinə dair müddəa daxil edilib.

Korrekt.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda qanunvericilikdə siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması üçün nəzərdə tutulan əsaslardan biri xarici maliyyələşmə ilə bağlıdır. Hakimiyyət həmin müddəanı yeni Konstitusiya layihəsinə də daxil etməyi qərara alıb.

Qalyan bildirib ki, məqsəd gələcəkdə hakimiyyətə gələcək hökumətlərin bu hüquqi mexanizmi dəyişdirməsinin qarşısını almaqdır.

“Biz, həmçinin partiyanın fəaliyyətinin qadağan edilməsi üçün yeni əsas nəzərdə tutmuşuq. Bu, müstəqillikdən imtinanın təbliğidir”, – deyə nazir bildirib.

Ermənistanın Rusiya və Belarus İttifaqına qoşulması ideyasının təbliğinin də bu müddəaya aid edilib-edilməyəcəyi ilə bağlı suala cavab verən Qalyan konkret qiymətləndirmə aparmaqdan yayınıb. Bununla belə, belə çağırışların məhdudiyyətlərə səbəb ola biləcəyini istisna etməyib.

Nazir vurğulayıb ki, yeni Konstitusiya layihəsində müstəqillik və suverenlik əsas prinsiplər kimi müəyyənləşdirilir.

“Yeni Konstitusiya layihəsinin mətninə əsasən, müstəqilliyimizdən imtina etməyə çağırış siyasi partiyanın fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər”, – deyə Qalyan qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki