Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə Özbəkistan Bəstəkarlar və Kompozitorlar İttifaqının üzvü seçilib.
Bəstəkar bu barədə EDnews-a açıqlamasında məlumat verib.
Qeyd edək ki, Vüqar Camalzadə Özbəkistan Bəstəkarlar və Kompozitorlar İttifaqına üzv seçilən ilk azərbaycanlıdır.
Vüqar Camalzadə böyük simfonik orkestr üçün üçhissəli simfoniyanın, kamança və orkestr üçün ikihissəli konsertin, “Dədə Qorqud” baletinin və “Şahmaran” rok-müziklinin müəllifidir. O, həmçinin teatr və filmlər üçün musiqilər, eləcə də bir çox populyar mahnılar bəstələyib.
Azərbaycanın Əməkdar artisti olan Vüqar Camalzadə dosent elmi-pedaqoji fəaliyyəti ilə də məşğuldur. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır. Bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinin müxtəlif janrlarını əhatə edir.

























