Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiya ilə sərhədi bağlamaq qərarına etiraz edib.
Korrekt.az xəbər verir ki, bu məqsədlə Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim olunub.
Rusiya XİN-in açıqlamasında bildirilib ki, sərhədin bağlanması Estoniyanın iqtisadiyyatına zərər vurmaqla yanaşı, Avropa İttifaqı və NATO müttəfiqləri üçün də mənfi nəticələrə səbəb ola bilər.
Rusiya tərəfi, həmçinin Estoniyanı Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın şimal-qərb bölgələrinə hücumları zamanı öz hava məkanından istifadə etməsinə şərait yaratmaqda ittiham edib.
Nazirliyin bəyanatında iddia olunub ki, rəsmi Tallin Rusiyaya qarşı siyasətində rus dilinin istifadəsinə məhdudiyyətlər qoymaqla yanaşı, cinayət təqibi və deportasiya tədbirlərindən də istifadə edir.
Qeyd edək ki, Moskvanın bu addımı Estoniyanın Rusiya ilə sərhəd rejiminə dair qərarından sonra atılıb.





















