Maks Hollouey UFC 329 turnirinin əsas döyüşündə Konor Makqreqora qalib gəlib.
Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.
Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlindən bu yarışa hazır olmadığı bəlli olub.
Korrekt.az xəbər verir ki, o elə görüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.





















