Korrekt.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Fridrix Merzin “Rusiyanın NATO-ya hücuma hazırlaşdığı” barədə açıqlamasını sərt tənqid edərək onun “tam cəfəngiyyat” olduğunu bildirib.
Peskov jurnalistlərə açıqlamasında hər kəsi informasiyanı birbaşa Rusiya prezidenti Vladimir Putindən almağa çağırıb:
“Mən bir daha hamını ilkin mənbəyə — prezidentimiz Vladimir Putinə qulaq asmağa çağırıram.”
Kreml rəsmisi həmçinin Merzin Putinin guya SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı iddiasına da cavab verib:
“Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir, çünki bu, mümkün deyil. O, bunu dəfələrlə bildirib.”
Xatırladaq ki, bundan əvvəl Merz NATO ölkələrinin, xüsusən də Almaniyanın hərbi xərclərini artırmasını SSRİ-nin yenidən qurulması təhlükəsi və Rusiyanın NATO üzvü ölkələrdən birinə hücum ehtimalı ilə izah etmişdi.





















