RİA Novosti agentliyinin verdiyi məlumata görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva İrandan lazımi yardım üçün heç bir sorğu almayıb .
Peskov jurnalistlərə Rusiya Federasiyasının, məsələn, İrana silah tədarükü ilə kömək etmək niyyətində olub-olmadığı sualını cavablandırarkən bildirib ki, “İran tərəfindən heç bir sorğu olmayıb”.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar həyata keçirir və bu hücumlar dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirir.





















