Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.
Korrekt.az APA-ya istinadla xəbər verir ki, 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.
Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.
Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.





















