image-1backend

Layihə əsaslı təhsil – müasir ali təhsil sisteminin prioritet istiqamətlərindən birinə çevrilmişdir

image-ads-728x90
Müasir ali təhsil sistemində biliklərin yalnız auditoriya şəraitində nəzəri şəkildə mənimsədilməsi artıq kifayət etmir. Qlobal əmək bazarında rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması ali məktəblər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu gün dünyanın aparıcı universitetlərində layihə əsaslı təhsil modeli tələbələrin analitik düşünmə, problemlərin həlli, komanda şəklində işləmək, elmi araşdırma aparmaq və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsinin ən uğurlu metodlarından biri hesab olunur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasında da bu müasir yanaşma uğurla tətbiq edilir. Akademiyada tədris prosesi yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, tələbələr əldə etdikləri bilikləri layihələr, təqdimatlar, elmi tədqiqatlar və praktik tapşırıqlar vasitəsilə real problemlərin həllinə yönəldirlər.

Layihə işlərinin təqdimatı zamanı professor-müəllim heyətinin tələbələrin çıxışlarını qiymətləndirməsi.

Layihə əsaslı tədrisin uğurlu həyata keçirilməsi Akademiyada formalaşmış sağlam akademik mühitin və müasir idarəetmə modelinin nəticəsidir. Akademiyanın rəisi, general-mayor Qulu Novruzovun rəhbərliyi ilə son illərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin elmi fəaliyyətinin genişləndirilməsi, gənc müəllim və tədqiqatçıların dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu siyasət nəticəsində Akademiyada elm, innovasiya və yaradıcı təşəbbüslərin təşviq olunduğu müasir akademik mühit formalaşmışdır.

Professor-müəllim heyətinin beynəlxalq elmi konfranslarda iştirakına yaradılan imkanlar, elmi layihələrin hazırlanmasına göstərilən dəstək, müasir auditoriyalar və rəqəmsal tədris texnologiyalarının tətbiqi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla vəhdətdə inkişaf etdirməsinə əlverişli şərait yaradır. Bu inkişaf prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun Akademiyaya göstərdiyi diqqət və dəstək xüsusi əhəmiyyət daşıyır. Akademiyanın maddi-texniki bazasının müasirləşdirilməsi, tədris infrastrukturunun gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ təhsil layihələrinin təşviqi gömrük təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verir.

Bu gün Akademiyada həyata keçirilən layihələr gömrük nəzarətinin təkmilləşdirilməsi, rəqəmsal gömrük sistemləri, logistika və beynəlxalq nəqliyyat, süni intellekt texnologiyalarının tətbiqi, risklərin idarə olunması, iqtisadi təhlükəsizlik və xarici ticarətin inkişafı kimi aktual istiqamətləri əhatə edir. Tələbələr layihələr üzərində işləyərkən həm elmi rəhbərlərin tövsiyələrindən yararlanır, həm də müstəqil araşdırmalar apararaq gələcək peşə fəaliyyətləri üçün zəruri bacarıqlar qazanırlar.

Layihə təqdimatlarının sonunda professor-müəllim heyə ti və tələbələrin birgə xatirə fotosu.

Şəkildə əks olunan səmimi akademik mühit, professor-müəllim heyəti ilə tələbələr arasında formalaşmış qarşılıqlı etimad və əməkdaşlıq Akademiyada yaradılmış sağlam elmi atmosferin ən bariz nümunələrindən biridir. Burada hər bir tələbənin təşəbbüsünə dəyər verilir, elmi ideyalar dəstəklənir, yaradıcı düşüncə təşviq olunur və gənclərin gələcək peşəkar inkişafı üçün geniş imkanlar yaradılır.

Akademiyanın əsas üstünlüklərindən biri də nəzəri biliklərin praktik təcrübə ilə uğurla əlaqələndirilməsidir. Layihələrin hazırlanması və müdafiəsi zamanı müasir təqdimat texnologiyalarından istifadə olunması, komanda şəklində işləmək bacarığının formalaşdırılması və aktual problemlərin elmi əsaslarla araşdırılması tələbələrin peşəkar hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.


Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyası yalnız yüksəkixtisaslı gömrük əməkdaşları hazırlayan ali təhsil müəssisəsi deyil, həm də innovativ düşüncənin, elmi yaradıcılığın, müasir idarəetmə mədəniyyətinin və vətənpərvər kadr hazırlığının formalaşdığı nüfuzlu elm və təhsil mərkəzidir. Burada yaradılmış müasir akademik mühit, rəhbərliyin elmə və innovasiyaya verdiyi önəm, professor-müəllim heyətinin peşəkarlığı və tələbələrin yüksək motivasiyası Akademiyanın gələcək illərdə də Azərbaycanın gömrük sisteminin və milli iqtisadiyyatının inkişafına mühüm töhfələr verməyə davam edəcəyini göstərir.

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun“Post-konflikt ərazilərin bərpası Elmi mərkəzi”nin aparıcı elmi işçisi, i.f.d., dosent Təbriz Abdulla oğlu Yadigarov



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki