image-2backend

London Rusiyanın  10,6 milyard dollarını Ukraynaya VERİR

image-ads-728x90

Britaniya hökuməti Kiyevə kömək üçün sərəncamında olan 8 milyard funt sterlinq (10,6 milyard dollar) məbləğində dondurulmuş Rusiya aktivlərini köçürməyi mümkün hesab edir. Korrekt.az xəbər verir ki, bu barədə The Times yazıb.

“Nazirlər Ukraynaya dəstək məqsədilə Böyük Britaniyada dondurulmuş 8 milyard funt-sterlinqlik Rusiya aktivlərini sərbəst buraxmağa hazırdırlar”, – bəyanatda deyilir.

Qəzet yazır ki, London Avropa İttifaqı və digər ölkələrlə Ukraynanın hərbi ehtiyacları üçün 100 milyard funt-sterlinqə (133 milyard dollar) qədər vəsait ayırmağa imkan verəcək və bu, “münaqişəni davam etdirmək və ya sülh razılaşması əldə olunarsa, yenidənqurma işlərini maliyyələşdirmək üçün qarşıdakı iki il ərzində Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisindən çoxunu ödəyəcək” razılaşma əldə etməyə çalışır.

O xatırladıb ki, dondurulmuş aktivlərdən əldə edilən gəlir artıq Ukraynanın maliyyələşdirilməsinə yönəldilib və “yeni plan qalan puldan Kiyevə 2026 və 2027-ci illərdə “təzminat krediti” vermək üçün istifadə etməkdir”, – “The Times” yazıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki