image-1backend

Londonda “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib

image-ads-728x90

Böyük Britaniyanın paytaxtı Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti ilə “Zəfər Salnaməsi” adlı möhtəşəm tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsi olan “The History of the Patriotic War: Personality Factor” (“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”) adlı kitabın ingilis dilində nəşrinin  təqdimatı keçirilib. Qeyd edilib ki, artıq 10 dildə nəşr edilən bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq birinci Qarabağ müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı ilk illərdəki bərpa-quruculuq, azad edilən torpaqlara qayıdışla bağlı mərhələləri əhatə edir. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir.

Sonda tədbir bədii hissə ilə  başa çatıb. Tanınmış ifaçılar Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycan xalq və bəstəkar mahnılarını ifa ediblər.

 

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki