Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdirilir.
Korrekt.az xəbər verir ki, yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulan gəlir vergisi məbləğləri aşağıdakı pilləli sistem üzrə hesablanacaq:
2500 manatadək olan hissəyə: 5 faiz dərəcə tətbiq olunacaq;
2500 – 8000 manat arası olan hissəyə: 125 manat + 2500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq;
8000 manatdan çox olan hissəyə: 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi vergiyə cəlb ediləcək.





















