image-1backend

“Mançester Siti” 2026-cı il Dünya Kubokunda ən çox təmsil olunan klub olacaq

image-ads-728x90

“L’Equipe” qəzetinin verdiyi məlumata görə, Dünya Kubokunda ən çox təmsil olunan klub 19 oyunçu ilə İngiltərənin ikinci yeri tutan “Mançester Siti” olacaq.

Korrekt.az xəbər verir ki, dünya Kubokunda ilk dəfə 48 komanda iştirak edəcək. 1248 oyunçunun adı açıqlanıb. İngiltərə Premyer Liqasından 166 oyunçu oynayacaq.

Ən çox təmsilçiyə malik klublar arasında Almaniya çempionu Bayern Münhen (18), İngiltərə ikinci yeri tutan Arsenal (16), Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ (16), İspaniya çempionu Barselona (14), İngiltərə Mançester Yunayted (13) və Kristal Palas (13), İspaniya Atletiko Madrid (12), Səudiyyə Ərəbistanı Əl Hilal (11) və Əl Nəsr (11), Almaniya Borussiya Dortmund (11), Türkiyə Qalatasaray (11), İngiltərə Liverpul (11), İtaliya Milan (10), Hollandiyanın PSV Eindhoven (10), İspaniya ikinci yeri tutan Real Madrid (10) və Çexiya Slaviyası (10) da var.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki