image-img_20251225_233421_480backend

Maradonanın cırılmış forması rekord qiymətə satıldı

image-ads-728x90

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya məxsus cırılmış forma hərracda rekord məbləğə alıcı tapıb.

Korrekt.az xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Matchday Football Auctions tərəfindən təşkil olunan hərracda futbolka 152,2 min avroya satılıb.

Sözügedən forma Maradonanın “Barselona”nın heyətində 1984-cü il İspaniya Kral Kubokunun finalında “Atletik”lə keçirilən və 0:1 hesabı ilə başa çatan oyunda geyindiyi köynəkdir.

Məlumata görə, dünya çempionu olan futbolçunun forması matçdan sonra meydanda baş verən kütləvi dava zamanı cırılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki