Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib.
Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib.
Açıq havada, Mərkəzi Nəbatat Bağının təbiət mənzərəsi fonunda səsləndirilən nəğmələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Bağa gələn ziyarətçilər musiqi proqramını maraqla izləyiblər.
Tədbir zamanı müxtəlif yaş qruplarından olan ziyarətçilər həm Mərkəzi Nəbatat Bağının təbiətindən zövq almaq, həm də Azərbaycan musiqisinin sevilən nümunələrini dinləmək imkanı əldə ediblər.






















