image-1backend

Məşhur idmançı öldürüldü

image-ads-728x90

Yanvarın 9-da Zəncan şəhərində keçirilən xalq etirazları zamanı fitnes məşqçisi və karate üzrə çempion Ərşiya Bərari İran hakimiyyətinin repressiv qüvvələrinin açdığı birbaşa atəş nəticəsində qətlə yetirilib.

Korrekt.az xəbər verir ki, Bərari həm fitnes, həm də karate idman növünün Kyokuşin üslubunda peşəkar fəaliyyət göstərib. Atəş nəticəsində böyrəyinə dəyən güllə onun həyatına son qoyub. Yerli mənbələr bildiriblər ki, güllələnmədən sonra onun yaralı cəsədi saatlarla küçədə qalıb və heç bir təcili tibbi yardım göstərilməyib.

Ərşiya Bərari beynəlxalq səviyyədə qoruyucu itlərin təlimi üzrə də məşqçi kimi fəaliyyət göstərib və bu sahədə geniş peşəkar təcrübəyə malik olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki