Avqustun 15-dən etibarən Bakı Metropoliteninin “28 May” və “Nizami” stansiyaları arasındakı keçiddə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılır.
Korrekt.az xəbər verir ki, təmir dövründə sərnişinlər “Həzi Aslanov” stansiyasından “İçərişəhər” istiqamətinə birbaşa səfər edə bilsələr də, “Həzi Aslanov”dan “Nizami”, “Dərnəgül”, “Xocəsən” və “8 Noyabr” istiqamətlərinə metro ilə birbaşa hərəkət etmək mümkün olmayacaq.
Sərnişinlərə səfərlərini imkan daxilində eyni xətt daxilində planlaşdırmağı və ya yerüstü nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edilir.





















