Xətai rayonu 35 saylı 3-cü seçki dairəsi üzrə millət vəkili Pərvanə Vəliyeva 19 və 23 iyun 2026-cı il tarixlərində həmin rayonun “8 Noyabr” prospekti, 40, 42, 44 saylı və 1B, 1V, 5V, 7B, 7V, 7D saylı binalarının sakinləri (seçicilər) ilə səyyar görüş keçirmişdir.
Görüş zamanı onları yaşadıqları ərazi üzrə narahat edən məsələlər dinlənilib, kollektiv ərizələrini qəbul edilib, eyni zamanda bir neçə vətəndaşın şəxsi problemləri ilə bağlı müraciətləri qeydə alınıb. Görüşlərdə Xətai rayon İcra Hakimiyyətinin və 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndələri iştirak edib. Bir neçə əraziyə yerində baxış keçirilib. Sözügedən problemlərin araşdırılaraq qanunvericiliyə uyğun şəkildə baxılması məqsədilə tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir.
Deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 09.07.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.























