image-donald-trumpbackend

MKİ İsrailin İranın Trampa sui-qəsd planı barədə xəbərdarlığına şübhə ilə yanaşıb

image-ads-728x90

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrailin İranın ABŞ Prezidenti Donald Trampa sui-qəsd hazırladığı barədə xəbərdarlığını aşağı etibarlılıq dərəcəsi ilə qiymətləndirib.

Korrekt.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, İsrail tərəfi ABŞ-a İranın Trampa qarşı sui-qəsd planlaşdırdığı barədə məlumat ötürüb. Lakin MKİ həmin məlumatın etibarlılığına şübhə ilə yanaşıb və ona “aşağı etibarlılıq dərəcəsi” verib.

Buna baxmayaraq, ABŞ Məxfi Xidməti mümkün təhlükəni nəzərə alaraq Trampın Türkiyədən ayrılması zamanı xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib.

Məlumata görə, Tramp gizli əməliyyat çərçivəsində yemək daşıyan yük maşını vasitəsilə başqa bir təyyarəyə keçirilib. Daha sonra həmin təyyarə qırıcıların müşayiəti ilə təhlükəsiz əraziyə aparılıb.

ABŞ-ın bəzi kəşfiyyat rəsmiləri isə İsrailin sözügedən məlumatı Vaşinqtona ötürməsinin yalnız xəbərdarlıq məqsədi daşımadığını düşünürlər.

Onların fikrincə, İsrail bu yolla ABŞ administrasiyasının və Donald Trampın Yaxın Şərqdə qəbul etdiyi qərarlara, eləcə də regionla bağlı xarici siyasətinə təsir göstərməyə çalışmış ola bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki