image-1backend

Moskvada iki universitetdə ŞOK: tələbələr təxliyə edildi, dərslər dayandırıldı

image-ads-728x90

Moskvada iki ali təhsil müəssisəsində təhlükəsizlik tədbirləri görülüb.

Korrekt.az xəbər verir ki, universitetlərdən birində tələbə və əməkdaşlar təxliyə edilib, digərində isə anonim məlumatdan sonra tədris distant formata keçirilib.

TASS-ın məlumatına görə, D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində tələbə və əməkdaşların təxliyəsi həyata keçirilib. Dərslər ləğv olunub, hadisənin səbəbləri araşdırılır.

Universitetin mətbuat xidmətindən bildirilib ki, tələbələr təxliyə edildikdən sonra əməkdaşlar da binadan çıxarılıb. Polis və təcili yardım əməkdaşları hadisə yerinə cəlb olunub.

Eyni zamanda, Moskva Dövlət Psixologiya və Təhsil Universitetində də təhlükəsizlik tədbirləri görülüb. Anonim məlumat daxil olduqdan sonra universitet rəhbərliyi tələbə və əməkdaşların distant təhsilə keçməsinə qərar verib.

Universitetin mətbuat xidmətinin məlumatına görə, daxil olan məlumat dərhal Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına çatdırılıb.

Hazırda universitetdə panika olmadığı, aidiyyəti xidmətlərin hadisə ilə bağlı araşdırma apardığı bildirilir.

Hər iki təhsil müəssisəsində baş verənlərin səbəbləri araşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki