image-1backend

Mourinyo 13 il sonra “Real”a qayıtdı – Perez təsdiqlədi

image-ads-728x90

Yenidən “Real”ın prezidenti seçilən Florentino Perez açıqlama verib.

O, Joze Mourinyonun Madrid klubunun baş məşqçisi olacağını təsdiqləyib:

“Seçkilərdə qalib gəldik və titullar qazanmağa davam edəcəyik. Yaxşı futbolçulara sahibik. Həmçinin dünyanın ən yaxşı məşqçilərindən biri, əsl “madridist” Joze Mourinyonun geri qayıtması ilə fəxr edirik”.

Qeyd edək ki, bir müddətdir Joze Mourinyonun “Real”ın baş məşqçisi olacağına dair xəbərlər yayılmışdı. 63 yaşlı çalışdırıcı 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki