Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis tərəfindən Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Yeni tərkibdə üç yeni şəxs təmsil olunacaq. Onlardan ikisi Yeni Azərbaycan Partiyasını, biri isə bitərəf deputatları təmsil edir.
Elmar Məmmədov

Elmar Məmmədov Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. O, daha əvvəl YAP-ın Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsini tutub.
Sevinc Abdullayeva

Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədrinin müavini postunu tutur.
Elçin Xələfov

Xələfov Elçin Abuzər oğlu 1972-ci ildə anadan olub. 2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərin müəllifidir. MSK-da bitərəf deputatları təmsil edəcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyanın yeni tərkibində yer almayan şəxslərin adları məlum olub.
Belə ki, MSK-nın 2021-ci ildə formalaşan tərkibində yer alan Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edən Nizami Nadirxanlı, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Validə Kazımova və Şaitdin Əliyevin MSK-nın üzvlüyünə namizədliyi irəli sürülməyib.





















