Müğənni Nadir Qafarzadə bəzi sosial media istifadəçilərini sərt tənqid edib.
Korrekt.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında danışıb.
O, sosial mediadan istifadə edən şəxslərin çoxunun etik normalara riayət etmədiyini vurğulayıb:
“Hazırda Moskvadayam. Hava da istidir. Amma burada hava isti olsa da, lüt gəzən insanlar görmədim. Lakin bizdə yay gəlməmiş insanlar artıq soyunmağa başlayırlar. Çox maraqlıdır, niyə belədir? Sosial şəbəkələrə baxanda elə bilirsən ki, ən abırsız və həyasız insanlar Azərbaycandadır. Yaxşı insanlardan isə əsər-əlamət yoxdur. Nə baş verir?
Kişi həkimlərinə baxıram, hər şeyi açıq-aşkar danışırlar. Siz kişisiniz, sözünüz var, pasiyenti otağınıza çağırın və lazım olanı orada deyin. Ayıbdır axı. Bəzi azərbaycanlılar üçün sosial şəbəkələrdə “abır” sadəcə söz olaraq qalıb. Halbuki, abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu, müasirlik deyil. Hər şeyin həddi aşılır.
Allaha and olsun, bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar. Kimə güldüksə, sonda o vəziyyət bizim başımıza gəldi. Allah, sən bizi bağışlama. Günahımız çoxdur”.





















