image-7ed191848551f2fd1bf0be164e29d898backend

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

image-ads-728x90

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Bu barədə Korrekt.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki