image-1backend

Nazir İranı  hədələdi

image-ads-728x90

ABŞ Maliyyə naziri Skott Bessent İrana qarşı indiyədək heç bir ölkəyə tətbiq olunmayan miqyasda iqtisadi təcrid tədbirlərinin görülə biləcəyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Bessentin sözlərinə görə, Vaşinqtonun hazırladığı tədbirlər İranın iqtisadiyyatına ciddi təzyiq göstərməyi və ölkənin xarici ticarət imkanlarını məhdudlaşdırmağı nəzərdə tutur.

“Biz İrana qarşı heç bir ölkənin iqtisadi təcrid tarixində görünməmiş tədbirlər tətbiq edəcəyik. Bu, dünyanın heç vaxt görmədiyi iqtisadi təcrid tədbirləri ilə Hörmüz boğazının davam edən blokadasının birləşməsi olacaq. Bu, İran limanlarına hər hansı yükün daxil olmasına və ya oradan çıxmasına mane olacaq”, – deyə Bessent bildirib.

ABŞ Maliyyə Nazirinin açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin artdığı bir vaxtda səslənib. Bessentin bəyanatının reallaşması halında İranın həm neft ixracı, həm də digər xarici ticarət əməliyyatları ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşə biləcəyi gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki